Você está na página 1de 6

İştirakçının adı və soyadı: Fatimə Rüstəmova

İD nömrəsi:

Mənim karyera yolum

Sual 1. Əgər xaricdə işləmisinizsə, yaxud təhsil almısınızsa, bu fəaliyyətlərinizin


Sizin bir mütəxəssis və insan kimi inkişafınıza təsirini qiymətləndirin. Əgər
xaricdə işləməmisinizsə, yaxud təhsil almamısınızsa, “xeyr” cavabını verin.
Cavab: Xaricdə təhsil almışam və bu mənim nəzəri biliklərimlə yanaşı analitik və
tənqidi düşüncəmin inkişafında böyük rolu olmuşdur.

Sual 2. İş fəaliyyətinizdə hansı məqamı “karyeranızın dönüş nöqtəsi” adlandıra


bilərsiniz? Xahiş edirik bu haqda ətraflı yazın (vəziyyət, müddət və s.).
Cavab: Karyeramın dönüş nöqtəsi olaraq Böyük Dördlük audit şirkətlərinin
birindən öz istəyimlə ayrılaraq inzibati karyeramı akademik karyeraya
dəyişməyimi göstərə bilərəm. İnzibati vəzifəmdə qısa müddət çalışmağıma
baxmayaraq uğurlu bir əməkdaş kimi tanınmış və rəhbərliyin rəğbətini
qazanmağa nail olmuşam. Bununla belə, akademik və pedaqoji fəaliyyət
göstərərək bilik və bacarıqlarımı tələbələrimlə paylaşmaq və cəmiyyət üçün daha
faydalı bir kadr olmaq məqsədilə 6 il öncə Azərbaycan Dövlət İqtisad
Universitetində müəllim olaraq çalışmağa başlamışam. Bu 6 il ərzində müxtəlif
ixtisas qruplarına müxtəlif fənlər tədris etmiş və tələbələrimə nəzəri biliklərlə
yanaşı karyeralarının başlanğıcında dəstək məqsədilə motivasiya edici mesajlar
çatdırmışam.

Sual 3. Üç ən böyük uğursuzluğunuzu təsvir edin.


Cavab:
1. Orta məktəbi bitirən 300 məzun arasında qızıl medalı qazanmağa yeganə
namizəd olsam da, attestat imtahanında cəmi 1 bal çatışmazlığı səbəbindən
qızıl medalı əldə edə bilməmişəm.
2. Ali məktəbə daxil olarkən yüksək bal (619) toplamış və Azərbaycan Dövlət
İqtisad Universitetinin Maliyyə fakültəsinə (tədris azərbayvan dilində) daxil
olmuşam. İkinci kursun başlanğıcında müvafiq imtahanları uğurla verərək
təhsilimi ingilis dilində tədris aparılan Xüsusi İstedadlar Qruplarında Maliyyə
ixtisası üzrə davam etdirərək Fərqlənmə ilə bitirmişəm. Xüsusi İstedadlar
Qruplarında təhsil almağa başladıqdan sonra əsl potensialımı kəşf etmişəm və
universitetə qəbul zamanı aldığım uğursuz qərarımın fərqinə varmışam. Belə
ki, ali məktəbə qəbul imtahanında topladığım bal təhsilimə ingilis dilində
başlamağa imkan versə də bunu risk olaraq görmüş və özümə yetəri qədər
güvənməmişdim (baxmayaraq ki, qəbul imtahanında ingilis dili fənni 100%
nəticə göstərmişdim). Həyatımın bu cür əhəmiyyətli mərhələsində verdiyim
bu yanlış qərardan gələcək qərarlarım üçün güclü nəticə çıxarmış və
potensialımdan maksimum istifadə etmənin zəruri olması qənaətinə
gəlmişəm.

Sual 4. Həyatda Sizin üçün 3 (üç) ən vacib dəyər hansılardır? Seçimlərinizlə bağlı
səbəbləri izah edin.
Cavab:
1. Sağlamlıq – Sağlam bədəndə sağlam ruh və sağlam düşüncə olur. İnsan sağlam
olduğu müddətcə bütün məqsədlərinə nail ola bilər.
2. Ailə - Bir ana olaraq ailəm mənim ən böyük motivasiya mənbəyimdir.
3.Təhsil – Cəmiyyətin hərtərəfli inkiaşafı üçün hər bir fərdin öz maraq və
tələblərinə uyğun təhsil alması böyük əhəmiyyət kəsb edir.

Sual 5. Müsabiqədə qalib gəldiyiniz təqdirdə özünüzlə çalışmağa cəlb etmək


istədiyiniz, güvəndiyiniz, oxşar düşüncəli insanlardan ibarət komandanız varmı?
Əgər belədirsə, bu insanlar kimlərdir?
Cavab: Bəli var. Qalib olacağım təqdirdə oxşar düşüncə tərzinə malik şəxslərdən
ibarət komandaya sahibəm, bununla belə fərqli düşüncəyə malik insanların cəlb
edilməsinin işin daha keyfiyyətli olması baxımından faydalı ola biləcəyini
düşünürəm.

Mənim problemlərin həllinə yanaşmam

Sual 1. Mövcud olan konkret bir problemin ətraflı təsvirini hazırlayın, səbəblərini,
nəticələrini təhlil edin və bu problemə niyə diqqət yetirdiyinizi izah edin.
Cavab:
Problem və təsviri: Universitet müəllimi olaraq bəzi tələbələrin ixtisas seçimi
zamanı düzgün qərar vermədiyinin və nəticə etibarilə universitetdən məzun
olsalar da, öz ixtisasları üzrə fəaliyyət göstərmədiklərinin şahidi oluram. Bu da
resursların düzgün istifadə olunmaması ilə nəticələnir.
Səbəbləri: Düşünürəm ki, bunun ilk səbəbi ixtisaslarla bağlı abituriyentlərdə
düzgün məlumatın olmaması və seçdikləri ixtisasın onlara hansı kariyera imkanları
təqdim etməsindən xəbərsiz olmalarıdır.
Nəticələrinin təhlili: Hazırda UNEC-də Beynəlxalq İqtisadiyyat Məktəbində
fəaliyyət göstərdiyim üçün yüksək balla universitetə daxil olmuş tələbələrlə
çalışıram. Bəziləri hətta Prezident təqaüdçüsü olaraq universitetə daxil olsalar da,
ikinci/üçüncü kurslarda ixtisaslarını tamamilə fərqli istiqamətdə dəyişirlər. Misal
üçün göstərə bilərəm ki, “Mühasibat uçotu və audit” ixtisası üzrə üçüncü kurs
tələbələrindən ibarət qrupda sorğu keçirdim və tələbələrin cəmi 25%-i
universitetdən məzun olduqdan sonra öz ixtisasları üzrə təhsil və karyeralarını
davam etdirəcəklərini bildirdilər. Qalan 75% isə ixtisaslarını əhəmiyyətli dərəcədə
dəyişməyi hədəflədiyini bildirdi.
Problemə niyə diqqət yetirirəm? Bildiyimiz kimi Azərbaycan insan kapitalına
invesitisiya edir və tələbələrdə bu qərarsızlıq təhsilə qoyulan investisiyanın
səmərəliliyini azaltmaqla resursların israfına gətirib çıxarır. Resurslara misal
olaraq nəinki maddi, həm də abituriyent və tələbələrin zamanı və intellektual
enerjisini göstərmək olar. Nəticə etibarilə düşünürəm ki, bu istiqamətdə
cəmiyyətdə təbliğat aparılsa resursların düzgün istifadəsinə və abituriyentlərin
düzgün seçiminə nail olmaqla daha uğurlu cəmiyyət əldə edə bilərik.
Sual 2. Göstərdiyiniz problemə dair bir və ya bir neçə mümkün idarəetmə həll
yollarını formalaşdırın. Ehtiyac varsa, mənbələri, vaxtı, riskləri və digər
məlumatları qeyd edin.
Cavab: Bir qrup tələbələrimlə bu mövzunu müzakirə etmişik və məsələnin həlli
üçün sosial mediada ixtisasların detallı açıqlaması ilə bağlı video və yazılı
formatda müvafiq məlumatlar hazırlayıb paylaşmaq qərarına gəlmişik.

Mənim təhsilim

Sual 1. Valideynləriniz və ya digər qohumlarınız şəxsi və peşə inkişafınıza necə


təsir göstərib? Ailənizdə peşənin “irsi” ötürülməsi halı mövcuddurmu (məsələn,
həkimlər nəsli, hərbçilər nəsli və s.)?
Cavab: Sözsüz ki, ailəmin və yaxın qohumlarımın şəxsi inkişafımda böyük müsbət
rolu olmuşdur. Onların mənəvi və intellektual dəstəyi olmadan hazırki inkişaf
səviyyəmə çatmağım mümkünsüz olardı deyə düşünürəm. Peşə inkişafıma
gəldikdə isə ailəmizdə peşənin irsi ötürülməsi faktı mövcuddur. Belə ki, biz
mühasib-maliyyəçilər ailəsiyik. Babam və Atam maliyyəçi və mühasib olaraq
fəaliyyət göstərmiş və öz sahələrinin peşəkarı olmuşdurlar. 7 illik əmək
təcrübəmə və xaricdə təhsilim olmasına baxmayaraq, Atamın zəngin bilik və
təcrübəsindən hələ də faydalana bilirəm və bununla qürur duyuram.

Sual 2. Orta məktəbi bitirdikdən sonra təhsil almaq üçün seçim edərkən Sizi kim
yönləndirdi? Karyeranızda Sizi yönləndirən olubmu? Seçimlərinizə kim və necə
təsir göstərib?
Cavab: Yuxarıda qeyd etdiyim kimi, maliyyə ixtisasını seçməyimdə Atamın öz
peşəsinə dərin maraq və bağlılığı mənim üçün mayak olmuşdur. Habelə, o məni
bu seçimdə yönləndirməmiş, sadəcə qərarımı dəstəkləmişdir. Bu baxımdan
ixtisas seçimimdə yönləndirməyə məruz qalmamış və bu qərarı tam sərbəst
şəkildə qəbul etmişəm. Karyerama gəldikdə isə Atamla yanaşı universitet
müəllimlərim və həmkarlarım müəyyən məqamlarda dəstək olmuşdurlar. Lakin
yenə də əhəmiyyətli qərarları verərkən tədqiqat aparmış və müxtəlif amilləri
nəzərə alaraq ən optimal həll üsulunu tapmağa çalışmışam.

Sual 3. Kimi və niyə müəlliminiz adlandıra bilərsiniz (məsələn, ilk müdirinizi,


müəllimlərinizdən birini, köhnə dost, tanışlardan birini və s.)? Kim Sizi digərlərinə
tövsiyə edə bilər, haqqınızda təqdimat verə bilər?
Cavab: Anar Rzayev İqtisad Universitetində tələbəlik dövrümdə müəllimim və
dekanım, müəllim kimi fəaliyyətə başladığım dövrdə isə dekanımız və
prorektorumuz kimi fəaliyyət göstərmiş və karyeramla bağlı faydalı məsləhətlər
vermişdir.
Digərlərinə tövsiyə etmək üçün bir sıra müdirlərimi (UNEC-dən Anar Rzayev, cari
dekanımız İnara Rzayeva, kafedra müdirimiz Xətai Alıyev, ABB-dən departament
direktorumuz Fariz Rəhimov, müavini Rəsul Məsimov, şöbə müdirimiz Salman
Dəmirov) və akademik rəhbərlərimi (magistr təhsilimdən Professor Panos
Constantinides, bakalavr təhsilimdən Azər Əzimov, Nahid Kərimov) təklif edə
bilərəm. Əminəm ki, hər biri haqqımda təqdimat edə bilər.

Mənim perspektiv və planlarım

Sual 1. Müsabiqədə qalib olduğunuz təqdirdə özünüzü hansı idarəetmə


sahəsində, hansı təşkilatda və hansı vəzifədə görürsünüz? Yarışmanın qalibi
olduqdan sonra yaxın 5-10 ildə özünüzü kim görmək istərdiniz?
Cavab:

Sual 2. Dövlət qulluqçusu olmağa münasibətiniz necədir və səbəbləri nələrdir?


Dövlətə xidmət etməyə hazırsınızmı və hansı vəzifədə çalışmaq istəyərsiniz?
Cavab:
Sual 3. Azərbaycanın gələcəyini necə görmək istəyərsiniz? Bu barədə fikirlərinizi
bir neçə cümlə ilə ifadə edin. Arzuladığınız Azərbaycan modelinin reallığa
çevrilməsinə hansı töhfələri verə bilərsiniz?
Cavab:

Você também pode gostar